Doğuş zamanı ölümlərə görə baş həkim və 11 tibb işçisi işdən çıxarıldı

Səhiyyə Nazirliyində Azərbaycanda doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin səkkiz ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, səkkiz ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib.

Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmazlığı, anestezioloji qüsur olub. 

Bildirilib ki, işlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib: bir baş həkim, bir Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, üç nəfər həkim mama-ginekoloq, üç nəfər həkim anestezioloq-reanimatoloq, bir nəfər həkim-cərrah, iki nəfər orta tibb işçisi.

Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31