Avqust ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 12 408 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. "OLAYLAR"-a Təhsil Nazirliyindən bildirilib ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 12 408 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 087 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 321 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 300 sənəd (878 ərizə, 405 məktub, 17 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31