Şahdağ Milli Parkında ov etmək istədilər
5 Sentyabr 2018 12:07 SosialŞahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb və onlardan 2 ov tüfəngi və 15 ədəd güllə götürülüb.
Olaylar.az bildirir ki, araşdırma zamanı qanun pozucularının Qəbələ rayon Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyən edilib.
Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31