Yaşlı insanlara məsləhət - Aralıq dənizi mətbəxini seçin, çünki...
4 Sentyabr 2018 21:05 SosialAralıq dənizi mətbəxindən yeməklər yaşlı insanlarda sümüklərin möhkəmlənməsinə səbəb ola və onları sınmalardan mühafizə edə bilər.
London Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Aparılan təcrübələr nəticəsində məlum olub ki, qida rasionunda Aralıq dənizi pəhrizinə üstünlük verən yaşlı şəxslər öz həmyaşıdları ilə müqayisədə zədələrə daha az məruz qalıblar.
Bundan başqa, Aralıq dənizi mətbəxinin xərçəng xəstəliyinin, ürək-damar xəstəliklərinin yaranma ehtimalını azaltdığı müşahidə edilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31