“Qida Təhlükəsizliyi üzrə Dövlət Nəzarət Yoxlamaları” mövzusunda təlim keçirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi AgentliyiAQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları üçün "Qida Təhlükəsizliyi üzrə Dövlət Nəzarət Yoxlamaları" mövzusunda təlim keçirir. Agentlikdən "OLAYLAR"-a bildirilib ki,  təlim "Megapesca Lda" şirkətinin İdarəedici Meneceri, Qida Təhlükəsizliyi qanunvericiliyi, balıqçılıq və akvakultura üzrə institusional, hüquqi tənzimləmələr və siyasət sahəsində məsləhətçi, araşdırmaçı, beynəlxalq ekspert İan Goulding tərəfindən aparılacaq. 

Təlim çərçivəsində iştirakçılar təlimçi ilə birlikdə Agentliyin laboratoriyaları ilə tanış olacaq, un məmulatları, şirniyyat və qida məhsullarının distribusiyası ilə məşğul olan "Delta Qrup C.O." MMC-də qida təhlükəsizliyi istiqamətində fəaliyyətləri izləyəcəklər.

Qeyd edək ki, beynəlxalq ekspert İan Goulding-in Azərbaycana 15 günlük səfəri çərçivəsində təlimlərlə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşləri də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31