Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Sentyabr 2018 16:29 SosialDövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
Boş qalan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunmuşdu.
Xatırladaq ki, kolleclərə ərizə qəbulu martın 1-dən 27-dək və iyulun 6‑dan avqustun 6-dək aparılıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31