Rektor instituta daxil olan tələbələrin valideynləri ilə görüşüb
4 Sentyabr 2018 14:08 SosialAvqustun 16-dan etibarən Azərbaycan İlahiyyat İnstitununa qəbul olunmuş tələbələrin qeydiyyat prosesinə başlanılıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, 2018/2019-cu tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri İnstitututa təqdim edərək qeydiyyatdan keçirlər.
Bu gün Azərbaycan İlahiyyat İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini izləyib. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış olub, qəbulu aparan Aİİ nümayəndələri ilə söhbət edib. C.Məmmədov qəbula gələn valideynlərlə də görüşüb, övladlarının Aİİ tələbəsi adını qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb.
Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycan İlahiyyat İnstitunun Dinşünaslıq ixtisası üzrə 22 nəfər, İslamşünaslıq ixtisası üzrə isə 30 nəfər qeydiyyatdan keçib. Beləliklə Dinşünaslıq ixtisası üzrə qəbul olunan bütün tələbələr artıq qeydiyyatdan keçmiş sayılırlar. İslamşünaslıq ixtisası üzrə isə prosesin yekunlaşması üçün son 5 nəfər qeydiyyatdan keçməlidir. Qeyd edək ki, həftə sonu və qeyri-iş günü olmasına baxmayaraq Azərbaycan İlahiyyat İnstitutu - 25-26 avqust tarixlərində də qeydiyyat prosesini təşkil edib. Ümumilikdə, Aİİ-də qeydiyyat prosesi sentyabrın 3 - dək aparılacaq.