“Bakubus” sürücüsü qəza törətdi - Sərnişinlər xəsarət aldı
4 Sentyabr 2018 13:04 SosialBakıda marşrut avtobusunda sürücünün ehtiyatsızlığı qəza ilə nəticələnib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Bakubus MMC-yə məxsus 3 saylı müntəzəm xətt marşrutu ilə hərəkət edən 99-JH-107 dövlət nömrə nişanlı avtobus hərəkətdə olarkən qəfil əyləcdən istifadə edib. Nəticədə avrobusda olan sərnişinlər avtobusun salonuna yıxılıb.
Hadisə nəticəsində avtobusda olan orta yaşlı bir qadın yaralanıb. Qadın sərnişinlərin köməyi ilə xəstəxanaya aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31