Gəncədə yaşayış binasında yanğın olub, 15 nəfər təxliyyə edildi
4 Sentyabr 2018 10:09 SosialGəncədə yaşayış binasında yanğın olub.
Olaylar.az FHN-ə istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31