Türkdilli aydınlar Bakıda
29 Avqust 2018 14:06 SosialOnlar "Olaylar"ın da qonağı olub
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən icra edilən, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində qardaş türk ölkə və topluluqlarının bir qrup aydın ölkəmizə səfərə gəlib.
Olaylar.az bildirir ki, səfərin məqsədi "Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri" adlı tədbirdə iştirak etməkdir. Qardaş ölkə və topluluqlardan gələn aydınlar paytaxt Bakı və "gənclər şəhəri" fəxri ünvanını daşıyan Sumqayıtın görməli yerləri ilə tanış olublar. Qonaqlar mədəniyyət və təhsil ocaqlarına, o cümlədən "HƏDƏF" Liseyinə baş çəkiblər. Səfər çərçivəsində ATATÜRK Mərkəzində konfrans keçirilib. Konfransda millət vəkilləri, başqa rəsmilər, tanınmış QHT, KİV təmsilçiləri, alimlər, yazarlar, Dövlət Dəstəyi Şurasının əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçısı, Qocaeli Şairlər-Yazarlar Dərnəyi başqanı Alptəkin Cevhərli bildirib ki, Bakıda keçirilən "Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri" toplantısında bir sıra vacib məsələlər müzakirə edilib. Müzakirə edilən məsələlər baxımından zəngin olan tədbir Türk dünyasının yazarlarını bir araya gətirə bilib. Nəticədə Türk yazarlar dərnəkləri tanışlıq imkanı əldə edərək əməkdaşlıq mərhələsinə qədəm qoyublar: "Tədbirdə Türk dünyasını əhatə edən dərnəklərin nümayəndələri iştirak edirdilər. Müsbət haldır ki, belə görüşdə hər kəs öz təklifini irəli sürə, ideyasını ortaya qoya bilir. Hesab edirəm ki, bu anlaşmadan sonra sözügedən dərnəklər arasında əməkdaşlıq daha da artacaq. Bu isə ümumilikdə Türk dünyasının inkişafına xidmət edəcək".
Qırğız Respublikası Yazıçılar Birliyi nəzdindəki "Nur Borbor" gənc yazarlar qurumunun başqan müavini Akjol Doranbekuli qeyd edib ki, Azərbaycana səfərindən məmnun olub: "Səfər çərçivəsində belə bir tədbirdə iştirak etmək əlbəttə qürurvericidir. Tədbir yüksək səviyyədə təşkil edilmişdi, müzakirə olunan məsələlər olduqca aktiv və müasir çağırışlara uyğun idi. Hesab edirəm ki, Bakıda aparılan müzakirələr öz bəhrəsini verəcək, Türk yazarlar dərnəkləri biri-birni daha yaxından tanıyacaq və əməkdaşlıq daha da inkişaf edəcək". O, Azərbaycanın, xüsusilə Bakının inkişafına heyran olduğunu dilə gətirib. Bildirib ki, Bakı son illərdə daha da inkişaf edib. Şəhərdə keçmişlə müasirlik vəhdət təşkil edir, paytaxtın gözəlliyi insanları valeh edir
Daha sonra türkdilli gənc aydınların bir qrupu "Olaylar" İA olublar.
İnformasiya Agentliyinə səfərlə bağlı açıqlama verən Qazaxıstandan olan şairə, tərcüməçi Janna Aylaş bildirib ki, tədbirdə türkdilli xalqların bütün nümayəndələri iştirak edib. "Mən özüm tərcüməçiyəm. Azərbaycan dilində yazılan şeirləri Qazax dilinə tərcümə edirəm. Bizim məqsədimiz türkdilli xalqların daha möhkəm tellərlə bir -birinə bağlamaqdır. Bu təkcə dövlət və siyasətçilər səviyyəsində deyil, hər bir vətəndaşın səyi nəticəsində olmalıdır. Bu bizim vətəndaşlıq borcumuzdur".
Qazaxıstan teleradiosunda çalışdığını qeyd edən xanım Janna Aylaş bildirdi ki, ötən ildən Qazaxıstan vətelekanalı ilə Türkiyənin TRT kanalı birgə çox gözəl layihəyə imza atdılar. Belə ki, Türkiyənin TRT kanalı vaistəsilə gündəlik Qazaxıstandan türkdilli xalqlar üçün yayımlar təşkil olunur: "Ötən ildən layihə olaraq Novruz bayramında biz 24 saat ərzində canlı yayımla bayram əhvalı ilə türkdilli xalqlara səsimizi duyuyuruq. Beləliklə, biz kiçik cəhtlərlə də olsa biz birimizlə birləşirik".
Özbəkistanın Gənc Yaradıcılar Birliyinin eksperti, türkoloq Şahina İbrahim bildirib ki, ilk dəfə 3 il əvvəl ortaq layihələrin işlənməsi məqsədi ilə Bakıya gəlib: "Bakı bu müddət ərzində dəyişərək daha da gözəlləşib. Dəyişməyən tək şey isə azərbaycanlıların qonaqpərvərliyidir. Keçiriliən Konfransın əhəmiyyətindən danışan türkoloq qloballaşma şəraitində türk xalqlarının sıx əlaqədə olmalarının vacibliyini vurğulayaraq qardaş xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə ehtiyac olduğunu bildirib".
Şahinə İbrahim Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin inkişaf etməkdə olduğunu və bunda Azərbaycanın rolunun böyük olduğunu söyləyib.
Alim