Göyçayda dəhşətli qəza Toy yasa çevrildi - 4 ölü, 7 yaralı - VİDEO

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az-ın Report-a istinadən verdiyi məlumatına görə, Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşub.

"Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində ikinci maşının Ənvər adlı sürücüsü və sərnişinlər - Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.

Daha 7 nəfər şəxs, "VAZ"ın digər sərnişinləri - 1963-cü il təvəllüdlü Salmanova Qənimət Yüsif qızı, Salmanov Ülvi Ümid oğlu (2015), Salmanova Həcər Ramin qızı, Salmanova Aygün Ənvər qızı (1993) və "Mercedes" markalı avtomobilin sürücüsü, Abdullayev Akşin, onun sərnişinləri Cahangirov Zahir Qədir oğlu (1989) və Əhmədova Aygün Ənvər qızı (1993) yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə hər iki avtomobil müxtəlif toy mərasimlərindən qayıdan zaman baş verib. Zərbənin gücündən "VAZ-2106" markalı avtomobil 2 hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31