Mehman həbsdə qaldı
24 Avqust 2018 16:54 SosialBu gün həbsdə olan video bloqer Mehman Hüseynovun vaxtından əvvəl azadlığa çıxmaq üçün etdiyi müraciətlə bağlı məhkəmə prosesi keçirilib.
Olaylar.az xəbər verir ki, "Qafqazinfo"nun verdiyi xəbərə görə, Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara əsasən, M.Hüseynovun müraciəti təmin edilməyib və M.Hüseynov azadlığa buraxılmayıb.
M.Hüseynov polisə böhtan atmaqda təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31