Azərbaycanlı aparıcı qəza keçirtdi: "Elə bildim meyitini çıxaracam maşından" - FOTO
24 Avqust 2018 12:05 SosialLider televiziyasının aparıcısı Könül Muxtarova qəza keçirib.
Olaylar.az bildirir ki, qəzanın şokundan hələ də ayılmayan aparıcı hisslərini Big.az ilə bölüşüb:
"Hadisə Heydər Əliyev prospektində baş verdi. Yolun qırağında maşını saxlayıb, qardaşımı gözləyirdim. Niva markalı avtomobil qəfildən mənim avtomobilimə çırpıldı. Hər şey ani baş verdi. Qardaşım hadisəni elə danışdı ki, nə baş verdiyini özüm də anlamadım. Deyir, elə bildim meyitini çıxaracam maşından. O dərəcədə sükana bərk çırpılmışdım. Boynum, burnum əzilib."
Qeyd edək ki, Muxtarovanın həyatı təhlükəsi olmasa da, burnu əməliyyatlı olduğu üçün ciddi zədə alıb.
Faktla bağlı araşdırma aparılır.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31