Sumqayıtda kanalizasiya borusunun partlaması nəticəsində avtomobil yolu çöküb - VİDEO
23 Avqust 2018 00:53 SosialSumqayıt şəhərində kanalizasiya borusunun partlaması nəticəsində magistral avtomobil yolu çöküb.
Hadisə axşam saatlarında şəhərin 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində baş verib.
Sumqayıt Su Kanalı İdarəsinin rəisi Darvin Hüseynov bildirib ki, hazırda həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb və alternativ yoldan istifadə edilir. Aidiyyəti qurumlar əraziyə baxış keçirib. Çökmənin əsas səbəbi kimi magistral yolun altından keçən və 1950-ci ildə istismara verilmiş kanalizasiya xəttinin partlaması göstərilir.
Qeyd edək ki, həmin ərazidə yolun çökməsi ilk dəfə deyil.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31