Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı  2018-19-cu tədris ili üzrə Rumıniyanın universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində 4 nəfər "University of Bucharest", "Babeș-Bolyai University", "Universitatea "Alexandru Ioan Cuza din Iași" və "Oil & Gas University of Ploiești" ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura ( 3 nəfər )  və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31