Mikayıl Cabbarov Sumqayıtda vətəndaş qəbulu keçirəcək
21 Avqust 2018 13:53 SosialVergilər naziri Mikayıl Cabbarov 27 avqust 2018-ci il tarixində saat 11:00-də Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında (Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi 2) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayon sakinlərini qəbul edəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 21-24 avqust 2018-ci il tarixlərində Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinə, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Xızı və Siyəzən rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.