“İrəli”dən yeni layihə

"İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək SAY hərəkatının 6-cı fəaliyyəti olan "Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)" layihəsini həyata keçirəcək. "OLAYLAR"-a İctimai Birliyin mətbuat xidmətindən daxil olan məlumata görə,  könüllülər düşərgəsi Lənkəran şəhərində baş tutacaq.

"Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)" -layihəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərancamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunacaq.

"Azərbaycan Gənclərinə Dəstək - könüllülər düşərgəsi (SAY: Cümhuriyyət)" layihəsinin əsas məqsədi - Azərbaycanda Könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq. Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların aktiv iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir. Layihədə müəyyən edilən kriteriyalar əsasında gender bərabərliyi qorunmaqla 18-25 yaş aralığında gənclər Lənkəran şəhərində düşərgə şəraitində müxtəlif fiziki və simulyasiya oyunlarında, müzakirələrdə, peşəkar təlimçilərin iştirakı ilə seminarlarda, tanınmış şəxslərlərlə görüşlərdə iştirak edəcəklər. İcra ediləcək layihə çərçivəsində ölkə gənclər siyasətinə töhfə vermək məqsədilə gənclərin ölkə maraqlarının qorunmasında aktiv iştirakını təmin etmək, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31