Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim keçirilib
21 Avqust 2018 13:49 SosialAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fındıq məhsulundan nümunə götürülməsi qaydaları ilə bağlı təlim keçirilib. "OLAYLAR"-a Agentliyin infomasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, təlimdə bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən danışılıb, yeniliklər təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Təlim çərçivəsində ekspertlərin çıxışları dinlənilib, fındıqdan nümunə götürülərkən istifadə olunan alətlər əyani vəsait kimi nümayiş etdirilib.Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Təlim bitdikdən sonra qida təhlukəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin biliklərinin yoxlanılması məqsədilə test-sınaq imtahanları keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31