Nazir Masallıda vətəndaşları qəbul edəcək
21 Avqust 2018 13:11 SosialAvqustun 31-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və[email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31