Səhiyyə Nazirliyi iş adamlarına müraciət edib
21 Avqust 2018 11:32 SosialSəhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əczaçılıq sahəsində fəaliyyət göstərən iş adamlarına müraciət edib.
Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir:
Nazirlikdən bildirilib ki, buna əsasən ekspertizasının həyata keçirilməsi məqsədilə gətirilən bioloji fəallığa malik qida əlavələrinin idxalına icazə verilməsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunması məqsədəuyğun hesab olunur.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31