Dünyanın gündəmindəki mumiyaların sirri açılır - "Həyat eliksiri" tapıldı?
20 Avqust 2018 18:30 SosialMisirdə aparılan inşaat işləri nəticəsində tapılan və içində "həyat eliksiri" aşkarlandığı iddia edilən mumiyalarla bağlı ilkin tədqiqat yekunlaşıb.
Olaylar.az xəbər verir ki, Misir Tarixi Əsərlər Ali Şurası baş katibi Mustafa Vəziri İsgəndəriyyə şəhərində aşkar edilən, içində 3 mumiya və qırmızı maye tapılan sarkofaqın ilkin tədqiqatının başa çatdığını bildirib.
Birinci skeletin 20-25 yaşında və 160-164 sm hündürlükdə bir qadına, ikinci skeletin 30-35 yaşında və 160-165,5 s hündürlükdə kişiyə, üçüncü skeletin isə 40-44 yaşında və 179,-185,5 boyunda kişiyə məxsus olduğu müəyyən edilib.
Axırıncı mumiyanın başında 1,7 sm genişliyində yumru deşik aşkarlanıb. Ölmədən əvvəl uzun müddət yaşayan skelet sahibinin beyin əməliyyatı keçirdiyi təxmin edilir. Sarkofaqda iki müxtəlif vaxtda dəfn mərasimi keçirildiyi bildirilir.
Beynəlxalq mətbuatına marağına səbəb olan sarkofaqdakı suyun rənginin isə mumiyaların sarıldığı parça ilə yeraltı suların qarışması nəticəsində formalaşdığı ehtimal olunur.
İsgəndəriyyədə tapılan 30 tonluq sarkofaqın içindəki suyun "həyat liksiri", yaxud "qırmızı civə" olduğuna dair mətbuatda müxtəlif iddialar səslənmişdi.