“Apple” mağazasında planşet partladı: 3 yaralı

"Apple" şirkətinin Hollandiyanın paytaxtı Amsterdam şəhərindəki mağazasında satılan planşetin partlaması nəticəsində 3 nəfər yüngül formada yaralanıb.

Olaylar.az xəbər verir ki, "iPad"in partlayışı nəticəsində o an mağazada olan 3 nəfərdə nəfəs çatışmazlığı qeydə alınıb, mağazadakı şəxslər təxliyə edilib.

KİV-in verdiyi məlumata görə, partlayış böyük ehtimalla "iPad" batareyasındakı sızıntı üzündən baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31