Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu
20 Avqust 2018 09:15 SosialArtıq ali təhsil müəssisələrinə qəbul imtsahanları başa çatıb. Yüksək rəqabətlə müşahidə olunan qəbul imtahanları maraqlı faktlarla yadda qalıb.
Olaylar.az azedu.az-a istinadən xəbər verir ki, builki qəbul imtahanlarında ana və oğlu tələbə adını qazanıblar.
Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. O, qiyabi formada təhsil alacaq.
Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31