Bu nazirlik 8 maşınını satır - SİYAHI
18 Avqust 2018 11:47 SosialVergilər Nazirliyi balansında olan istifadəsiz qalmış avtomobilləri auksiona çıxarıb.
Olaylar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sentyabrın 18-də təşkil edəcəyi hərracda nazirliyin 8 avtomobilini özəlləşdirməyə təqdim ediləcək.
Nazirliyin satmaq üçün müəyyənləşdirdiyi avtomobilləin buraxılış ili 2005, 2006, 2007-ci illərdir.
Hərraca 5 ədəd "Kia Optima", 3 ədəd isə "Daevo Nexia" markalı avtomobillər çıxarılıb. Avtomobillərin qiyməti isə istehsalı ilinə və istifadəsinə görə 3000 manatla 4200 manat arasında dəyişir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31