Rövşən Lənkəranskinin ölümündən 2 il keçir
17 Avqust 2018 17:10 SosialAzərbaycanlı kriminal avtoritet, qanuni oğru Rövşən Lənkəranskinin ölümündən 2 il keçir.
Qanuni oğru ilk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib.
Hakim ona 12 il müddət iş verib, ancaq Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.
Rövşən Caniyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınıb. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnib. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
Ukraynada Rövşən Lənkəranski böyük nüfuz sahibi olub. Ded Xasanın ölümündə Lənkəranskinində əli olduğu bilinir. 2013-cü il yanvarın 28-də Ded Xasanın Moskvada ölümünün intiqamı kimi, Rövşən Canıyevın "sağ əli" olan Rüfət Nəcibov (Rufo Gəncinski) öldürülüb.
Qeyd edək ki, Lənkəranski 18 avqust 2016-cı ildə gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb. Bildirək ki, Rövşən İstanbulda 90-NO-011 Azərbaycan dövlət nömrə nişanlı avtomobilində güllələnərək öldürülüb.