ABŞ yerlə-yeksan edilmiş Rəqqanın təmir xərcini Səudiyyə Ərəbistanın boynuna qoydu
17 Avqust 2018 15:34 SosialSəudiyyə Ərəbistanı Suriyanın İŞİD-dən təmizlənmiş Rəqqa vilayətinin yenidən bərpası üçün 100 milyon dollarlıq yardım edib.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti nümayəndəsi Hizer Noyert mətbuat üçün keçirdiyi brifinqdə danışıb. O, Ər-Riyad hökumətinin "səxavətli köməyi"ndən məmnunluq hiss etdiyini, maliyyə yardımının dövlət katibi Mayk Pompeonun 12 iyulda Brüseldə keçirilən İŞİD əleyhinə Qlobal Koalisiya konfransında verildiyini çatdırıb.
Noyert koalisiya qüvvələri və YPG/PKK terror təşkilatının bombardmanlardan qaçan 150 minə yaxın sakinin geri qayıtdığını bildirib.
Qeyd edək ki, Rəqqa şəhərinin İŞİD-dən alınması əməliyyatı zamanı şəhərin əksər hissəsi ABŞ təyyarələrinin hava bombardmanları nəticəsində məhv edilmişdi.