Mehman Hüseynov avqustun 24-də azadlığa çıxa bilər
17 Avqust 2018 13:38 SosialHəbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmənin vaxtı məlum olub.
Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, bloqqerin ərizəsinə avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxacaq.
Hakimin M.Hüseynovun vaxtından əvvəl buraxılma ilə bağlı ərizəsinə elə onun saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində baxacağı bildirilir.
M.Hüseynovun vəkili bildirib ki, bloqqer CM-nin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.
Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından çoxunu çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31