Nazir vətəndaşlarla görüşəcək

Avqustun 17-də gənclər və idman naziri  Azad Rəhimov      Göygöl rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, qəbulda Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan, şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar müvafiq rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31