Tovuzda 2 nəfər minaya düşüb

Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.

Hadisə Azərbaycan-Ermənistan cəbhə xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31