Mehman Hüseynov bu gecə həbsxanaya qaytarılıb, sabah dəfnə gətiriləcək
6 Avqust 2018 22:30 SosialMusavat.com Mehman və Emin Hüseynovların anası Firəngiz xanımın dəfni ilə bağlı bəzi detalları öyrənib.
Jurnalist Seymur Kazımov bildirib ki, Mehman Hüseynovun anasının nəşi sabah 7 avqust saat 11:00-da Qaraçuxur qəsəbəsində F.Kərimzadə küç. ev33/1-dən götürüləcək və Suraxanı məzarlığında dəfn ediləcək.
Hüzr məclisi sabah dəfindən sonra (saat 11:00-da qadınlar və 14:00-da kişilər üçün) Qaraçuxur qəsəbəsi Əhməd Mehralıyev küç 27/31 ünvanındakı mərasim evində keçiriləcək.
Penitensiar Xidmətin əməkdaşları Mehmanı bu gün saat 22:00-da həbsxanaya aparıb və sabah 09:00-da dəfnə gətirəcəklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31