2 nəfər manqal qalayarkən yanıb
6 Avqust 2018 21:00 SosialSumqayıt şəhərində 22 yaşlı gənc kabab bişirərkən yanıb.
Olaylar.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki Gecəqondu məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Araz Arzu oğlu İsmayılov yaxınları ilə birgə manqal qalamaq istəyib. O, kömürün üzərinə kerosin əvəzinə səhvən benzin töküb. Nəticədə gənc və yaxınlıqda olan digər bir nəfər yanıq xəsarətləri alıblar. Yaralılar Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına aparılıblar. A.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralı isə müalicədən imtina edərək xəstəxanadan qaçıb.
Hazırda baş vermiş hadisənin dəqiq səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31