Maşınla adam vurub öldürən dünya çempionunun məhkəməsi başlayır
6 Avqust 2018 10:30 SosialBakıda maşınla adam vurub öldürən dünya çempionu Urxan Orucovun məhkəməsi başlayır
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.
U.Orucov idarə etdiyi "BMW" markalı avtomobillə Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb. S.Zülfüqarv vəfat edib, U.Orucov isə saxlanılaraq həbs edilib.
Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.
Onun ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə avqustun 9-da ilkin hazırlıq iclası keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31