"Azərsu" ASC-dən verilən məlumata görə, Yasamal rayonu Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılması ilə əlaqədar 06 avqust 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonu İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31