Ramil Usubovdan yeni rəis təyinatı
6 Avqust 2018 09:54 SosialDövlət Yol Polisi sistemində rəhbər vəzifəyə yeni təyinat olub.
Olaylar.az Avtosfer.az-a istinadən xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Qeyd edək ki, Fizuli Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31