Azərbaycanda dəhşətli qəza
6 Avqust 2018 08:48 SosialAxşam saatlarında İsmayıllı rayonunun İvanovka kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, yerli sakin Vasili Kazkov 31-AA-045 dövlət qeydiyyat nişanlı "UAZ" markalı minik maşını ilə İsmayıllıdan İvanovkaya qayıdarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və maşında olan sərnişinlər, İvanovka kənd sakinləri - 46 yaşlı Olek Arlov, 45 yaşlı Vladimir Yemilankov və 28 yaşlı Vladimir Skokov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxansına çatdırılsalar da, onlardan Vladimir Skokovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31