Anası Anarın ölümündə keçmiş gəlinini günahlandırdı: "Dərman verib videosunu çəkdi"
5 Avqust 2018 22:18 SosialÖtən gün dünyasını dəyişən reper Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva oğlunun ölümündə keçmiş gəlini Anjelika Cəbiyevanı günahlandırıb.
Olaylar.az Axşam.az-a istinaden xəbər verir ki, ana gəlininin video çəkdiyini və oğlunu şantaj etdiyini bildirib:
"Sən çəkmisən o videonu. Kişilərin belə videolarını çəkirlər və sonra şantaj edirlər. Bu da gələn gündən oğlumu elə şantaj edirdi. Ev alım, pul alım bundan deyirdi. Mənim oğlum ağıllı idi, tərbiyəli idi. Bəsdir, nə istədin sən bizdən? Mənim balamı nə günə qoydu bu qız. Maraqlanan yoxdur ki, bu videonu sən çəkmisən, özün dərman vermisən mənim balama".
Qeyd edək ki, bir müddət öncə Anar Nağılbazın intim görüntüləri olan gizli videosu yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31