Taksilərin insafsızlığına vətəndaşların unikal cavabı

Xəbər verdiyimiz kimi, Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxsi sürücülər bu gün Bakı Metropoliteninin fəaliyyət göstərməməsindən və tələbin çoxluğundan qiymətləri 2-2,5 dəfə bahalaşdırıb. Buna cavab olaraq bəzi vətəndaşlarımız Tvitterdə #boshmashin (boş maşın) həştəqi yaradıblar.

Həştəqə qoşulanlar gün ərzində bir istiqamətdən digər istiqamətə gedərkən, eyni istiqamətdə yaşayanları da aparacaqlar.

Sözügedən həştəqə qoşulanların sayı sürətlə artır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31