Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir
4 İyul 2018 15:09 SosialMəktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir.Rayon İcra Jakimiyyətindən "Olaylar2a verilən məlumata görə, iyul ayının 3-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun Dendroloji parkında təşkil edilən tədbirdə rayon məktəblərində təhsil alan aztəminatlı ailələrdən, təhsildə və idmanda fərqlənən məktəblilərin bir qrupu iştirak etmişdir.Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqlara xoş istirahət arzu edərək bildirdi ki, bu gün dövlətimiz hər bir uşağın yüksək sosial-mədəni mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin,sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. Gülarə Verdiyeva daha sonra bildirdi ki, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Heydər Əliyev Fondu davamlı olaraq bir sıra layihələr həyata keçirir. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız xeyirxah əməllər təşkil edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" fikrini dəfələrlə vurğulayıb.
Məktəblilər Sergey Yesenin adına Azərbaycan-Rus ədəbi əlaqələri Mərkəzində və Dendroloji parkda yetişdirilən çoxsaylı ağac, bitki və güllərlə yaxından tanış olmuşlar. Məktəblilər Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əyləniblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.Tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.