“Təmkinli olmalı, anlayışlı davranmalıyıq” - Aqil Abbas
“Arzuolunmaz hadisələr dünyanın hər yerində yaşana bilir, heç kim heç nədən sığortalanmayıb. Bu cür hallarda təmkinli olmaq lazımdır, panikaya düşməməliyik”. Bu sözləri millət vəkili Aqil Abbas deyib.
4 İyul 2018 14:49 Sosial"Arzuolunmaz hadisələr dünyanın hər yerində yaşana bilir, heç kim heç nədən sığortalanmayıb. Bu cür hallarda təmkinli olmaq lazımdır, panikaya düşməməliyik".
Bu sözləri millət vəkili Aqil Abbas deyib.
A.Abbas bildirib ki, belə hadisələr hər yerdə baş verə bilər: "Hadisədir, olur. Bu cür hadisələr dünyanın hər yerində yaşanır. Bizdə də işığın və suyun verilişində problemlər yarandı. Mən özüm Fizuli və Ağcabədinin kəndlərini gəzdim. Narahatlıq aradan qaldırılmaqdadır. Ölkə boyu işığın və suyun verilməsi hissə-hissə təmin olunur. Vətəndaşları təmkinli olmağa çağırıram. Belə vəziyyətlərdə daha mehriban olmalı, anlayışlı davranmalıyıq".
Azadinform