ÜST-ün baş direktoru Azərbaycana səfərə gəlib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanda səfərdədir.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, səfərin məqsədi "Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları" mövzusunda Milli Konfransda iştirak etməkdir.

Səfər iyulun 6-dək davam edəcək. 

Qeyd edək ki, Tedrosun ÜST-nin baş direktoru qismində ölkəyə ilk rəsmi səfəridir. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31