Bakı Nəqliyyat Agentliyinin əməkdaşları sərnişinlərə su paylayıb
Sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılmasını təşkil edib.
4 İyul 2018 13:39 SosialSərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılmasını təşkil edib.
Bu barədə agentliyin açıqlamasında bildirilir.
"Bir daha bəyan edirik ki, sərnişinlərimizin rahatlığı BNA-nın önəm verdiyi məsələlərdəndir və bunun üçün zəruri olan tədbirlər görülməkdədir", - deyə qurum bəyan edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31