Hansı hava şəraitində iş dayandırıla bilər?

Qəzanın nəticələrinin aradan qaldırılması) həmin işləri dayandırmaq və ya fasilə vermək mümükün deyil

Artıq bir neçə gündür ki, ölkə ərazisində anomal hava şəraiti hökm sürür. Paytaxt da daxil olmaqla ölkənin əksər ərazilərində havanın temperaturunun yüksək olması bir çox mənfi fəsadlara yol açıb. Məlumatlara əsasən son günlər günvurma diaanozu ilə səhiyyə məüssisələrinə müraciət edən şəxslərin sayında kəskin artım müşahidə edilib. Eyni zamanda günəş şüaları və kəskin istilər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda da ciddi problemlər yaradıb. Rəsmi açıqlamalara görə, son bir neçə gün ərzində ölkə ərazisində havanın tenperaturu 40 dərəcədən yüksək olub. Hətta həftə sonu paytaxt Bakıda son 120 ilin ən isti günü qeydə alınıb.

Bir qayda olaraq isti günlərdə, kəskin temnperaturlu havalarda açıq hava şəraitində iş rejimində dəyişıikliklər edilir. Eyni zamanda Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdə təlim məşq toplanışlarının vaxtında dəyişiklik edilir. Ancaq bəzi hallarda işçilərin qızmaq günəş altında, kəskin temperaturda işləməsinə məcbur edilir ki, bu da əsasən özəl müəssilərdə, firma və şirkətlərdə qeydə alınır. Daha çox bu mənfi hala tikinti şirkətlərində rast gəlinir. Baxmayaraq ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məsələ ilə bağlı işəgötürənlərə bu barədə müraciət edib, lakin təəssüflər olsun ki, bir çox işəgötürənlər bu müraciətlərə məhəl qoymayaraq işçiləri ən yüksək temperaturda belə işləməyə məcbur edirlər. Bəs görəsən bu məsələ hüquqi baxımdan necə tənzimlənir və bundan çıxış yolları nələrdir?. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, hər il eyni vaxtlarda, havanın temperaturu yüksək olan hallarda işin davam etdirilməsi və dayandırlması qaydaları ilə bağlı suallar ünvanlanır. Sahib Məmmədov qeyd edib ki,   Əmək Məcəlləsinin 2 saylı əlavənidə "İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri" müəyyən edilir. Onun qənaətincə, həmin şərtlərə görə "Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir: "Lakin elə işlər vardır ki (məslən qəzanın nəticələrinin aradan qaldırılması) həmin işləri dayandırmaq və ya fasilə vermək mümükün deyil. Belədə əlavədə nəzərdə tutulur ki, "İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. Yəni normal işəgötürən heç bir orqanın tələbini gözləmədə bu qaydalara əməl etməlidir. Ona görə ki, ilk növbədə İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır. İkincisi, işçini belə hava şəritində işlətmək əməyin mühafizəsi qaydalarının pozulmasıdır və bu inzibati məsuliyyət, nəticələr ağır olduqda (məslən ölümlə nəticələndikdə) cinayət məsuliyyəti yaradır. Bir qədər də bu sahəyə dövlət nzarəti barədə. Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır. Lakin, hazırda bu xidmət müəssisələrə xəbərdarlıqsız daxil olaraq belə qanunsuzluğu aşkar edə bilmir. Yoxlamalara qoyulan moratoriuma görə hətta belə bir moratorium olmasa belə DƏMX-nin 250-270 nəfər əməkdaşı bu işin öhdəsindən gələ bilməyəcəkdir. Bəs nə etməli?"  Təşkilat sədri deyib ki, işçinin onun sağlamlığına dəyən işlərdən imtina hüququ var və bu Məcəllədə göstərilir. Əmək müqaviləsi ilə işləyənlər belə tələb qoya bilər: "Təssüf ki, əksəriyyət iş yerlərində işçilərlə əmək müqaviləsi yoxdur və onlar məcburi əməyə cəlb olunmuş sayılırlar. Onlar belə tələ irəli sürərlərsə dərhal iş yerindən qovulurlar. Yəni bu problemi həll etmək üçün ilk növbədə iş yerlərində əmək münasibətləri qanuna uyğun tənzimlənməlidir. Əks halda problemi həll etmək mümükün olmayacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31