Metrodan təxliyə edilərək xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir
4 İyul 2018 12:15 SosialDünən axşam saatlarında Bakı Metropolitetində baş vermiş hadisə ilə əlaqədar 19 nəfər xəstəxanaya müraciət edib.
BunuSəhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, müraciət edənlərin 6-sı müxtəlif xəstəxanalara yerləşdirilib. Onların halsızlıq, başağrısı və s. kimi şikayətləri olub.
S.Əhmədova bildirib ki, xəstəxanalar yerləşdirlən şəxslərin vəziyyti hazırda stabildir, onlar üçün həyati təhlűkəsi yoxdur.
Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı. Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31