Yəhya Babanlı: "Qəza qaçılmazdır, heç kim sığortalanmayıb" - VİDEO

 

"Azərbaycan" İES-də qəzanın baş verməsinə səbəb havaların isti keçməsi olub.

Bunu Baku TV-yə açıqlamasında Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, hazırda qəzanın yaratdığı problemlər həll edilir:

"Havaların kəskin isti keçməsi və istehlakçıların elektrik enerjisinə olan tələbatının artması qəzanın baş verməsinə səbəb olub. Bu, müəyyən fəsadlar yaradıb. Düzdür, qəzadan kimsə sığortalanmır. Biz də sığortalanmamışıq. Nəticədə, belə xoşagəlməz hadisə baş verdi".

Yəhya Babanlı qeyd edib ki, məsələ barədə artıq tədbirlər görülüb.

Məsələ ilə bağlı videomüsahibəni təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31