Səhiyyə Nazirliyi: Bakı metrosunda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanaya yerləşdirilib
4 İyul 2018 00:23 SosialDövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi briqadalar ayrılaraq "Bakı Metropoliteni"nin stansiyalarının qarşısında yerləşdirilib.
"Bu saata kimi "103" xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur", - Nazirliyin məlumatında deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31