Jurnalist Elnur Niftəliyev vəzifəyə təyin edildi
3 İyul 2018 15:43 SosialLider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub.
Elnur Niftəliyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.
Eurasia Diary
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31