Uşaqların qidalanması zamanı nələrə diqqət etmək lazımdır?

Dünya inkişaf etdikcə, yaşam tərzimizə yeni texnologiyalar daxil olduqca bir çox işlərimiz asanlaşmaqla yanaşı, yeni texnika və texnologiyalar bəzi problemləri də bizlərə gətirir. Əsasən gündəlik istifadə etdiyimiz bir sıra qida məhsullarının təbii yolla deyil, kənar təsirlər insan sağlamlığı üçün zərərli olan maddələrin qatılması ilə hazırlanması bilavasitə insanda mənfi fəsadların meydana gəlməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, uşaqların orqanizmi, imuniteti daha zəif olur, o zaman həmin mənfi tendensiyaların daha çox uşaqlara təsir etdiyini söyləyə bilərik. Bu isə heç şübhəsiz ki. uşaqlarda bir çox xəstəliklərə gətirib çıxarır. Ona görə də psixoloqlar, ekspertlər uşaqların qidalanmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayırlar. Psixoloq Nuray Lətifzadə deyir ki, bu səbəbdən normal inkişaf edən uşaqlardan fərqli olaraq inkişafında müəyyən qüsurları olan uşaqlarda qidalanma prosesi daha çox diqqət tələb edir. O, təəsüf hissi ilə qeyd edib ki, bu gün 1 çox valideynlər bu mövzuya o qədər də həssas yanaşmırlar: "İnkişaf qüsurlu uşaqlarda (xüsusilə USİ) ən çox görülən problem əzələ gücsüzlüyü səbəbilə udma və çeynəmədə olan çətinliklərdir. Bu problem zamanı yemək yedizdirərkən uşağı uyğun pozisiyada saxlamaq lazımdır. Qidalar uşağın vəziyyətinə uyğun seçilməlidir. Əgər göyərti, meyvə, tərəvəz kimi qidaları uşaqlar birbaşa qəbul edə bilmirlərsə onları püre halına salaraq  uşağa vermək olar. Yeməkləri verərkən tempraturun düzgün nizamlanması da əsas şərtdir. Yemək ya çox soyuq, ya da çox isti olmamalıdır. Qida verərkən onun miqdarına da diqqət etmək lazımdır. Başlanğıc olaraq valideynlər uşaqlara ancaq sulu qidalar verirlər. Zaman keçdikcə isə bu hal uşaqda alışqanlıq yaradır, uşaq qidanı udmağı,çeynəməyi bacarsa da yenə də sulu qidaları seçir. Buna görə də ən yaxşı seçim bu vəziyyətdə diyetoloqla məsləhətləşib qərar verməkdir". Ekspert bildirib ki, gündəlik olaraq bu uşaqlara 1-2 kiftə ölçüsündə ət,1 ədəd yumurta,1 porsiyon göyərti,süd və süd məhsulları (Kazein həssaslığı yoxdursa), meyvə və ya meyvə şirələri verilməlidir: "Əgər uşaq qidalanmasında balıq məhsulları istifadə etmirsə həftədə 1-2 dəfə omeqa 3(balıq yağı) verilməlidir. Balıq yağı uşaqlarda beyin inkişafında və ürək fəaliyyətində müsbət nəticələr göstərir. Tam olaraq elmi təsdiqi olmasa da uzun illər dünya təcrübəsində Autizmli uşaqlara Gluten və Kazein dietası tədbiq olunur. Glutein taxıllarda, kazein isə süddə olan proteinlərdir. Autizmli uşaqların bağırsaqları həddidən artıq keçirici olduğundan bu maddələr həzm olunmur. Keçirici bağırsaq qida allergiyaları, soya, qlutein və kazeinə qarşı həssaslığın yaranmasında önəmli rol oynayır. Beləliklə, Glutein və Kazein keçirici bağırsaqdan keçerək qan dövranına qatılır və beyinə çatır. Bu da beyində sinir oyanıqlığının yaranmasına səbəb olur.  Bu dietada buğda unu əvəzinə düyü unu, süd məhsullarına alternativ olaraq soya südü istifadə olunur.  Bəzi valideynlər və həkimlərin müşahidələrinə görə bu dietaya riayət edən uşaqların bəzilərində hiperaktivlikdə azalma, qavrayış və göz kontaktında artım, həzm və immunitet sistemində problemlərin azalmasını görmək mümkündür. Lakin bu dieta ciddi zülal, vitamin və mineral çatışmazlıqlarına yol açdığı unudulmamalıdır. Bu səbəbdəndə ilk öncə uşaqlarda glutein-kazein tolerantlığının olub-olmaması araşdırılmalıdır".  Nuray Lətifzadə bildirib ki, sağlamlıq imkanları məhdud olan uşaqların əksəriyyətində nizamsız və həddən çox qidalanaraq artıq çəki alma problemi yaşanılır: "Çünki öz iradələri ilə az yeməyi bacara bilmirlər. Bu mövzuda yenə də əsas iş ailənin öhdəsinə düşür. Valideyn uşağa bacardıqca az yağlı qidalar verməli, uşağı hərəkət etməyə sövq etməlidir.Və uşağın sevdiyi 1 idmanla məşğul olması üçün ona kömək etməlidir. Hazır qida məhsullarının tərkibində olan qatqı maddələri hiperaktiv, diqqət əksikliyi olan uşaqlara tamamilə əks təsir göstərir. Ona görə bu uşaqların ev qidaları ilə qidalanması daha məqsədəuyğundur. Ümumiyyətlə qızardılmış ət, cipslər, şokalad və.s bu tip qidalar uşaqlarda beyinin inkişafına mənfi təsir göstərir. Araşdırmalar nəticəsində məlum olub ki, görmə qüsurlu uşaqlarda E vitaminin əksikliyi myopi, kardiyomyopi kimi göz xəstəlilərinə səbəb olur. D vitamini və Maqnezium dəstəyi isə dayaq hərəkət aparatı qüsurları zamanı dəstəkliyici müalicə effekti olaraq tədbiq olunur. Dəmir miqdarında olan əksiklik isə diqqər əksikliyi və halsızlıq,yorğunluq kimi hallara səbəb olur. Unutmayaq ki, nizamlı qidalanma 0-3 yaş arası beyin inkişafında olduqca önəmli nöqtədir və uşağın sonrakı inkişafı dövründə də mühim əhəmiyyət kəsb edir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31