Komitə sədri Şabranda görüş keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 6 iyul 2018-ci il saat 11:00-da Şabran rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 6 iyul  2018-ci il saat 11:00-da Şabran  rayonunda  Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Komitədən "Olaylar"a verilən məlumata görə, qəbulda Qusar, Xaçmaz, Quba, Siyəzən,  Xızı, Şabran rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Şabran rayonunda  qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31