Dövlət Baytarlıq Xidməti yoxlama keçirdi

30 iyun və 01 iyul 2018-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz  rayonlarına səfər edib. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və fərdi təsərrüfat sahibləri ilə görüşlərin keçirilməsi olub. 

Nazirlikdən "Olaylar"a daxil olan məlumata görə, səfər çərçivəsində B.Rzayev bölgəlrədə olan heyvandarlıq təsərrüfatlarının mövcud vəziyyəti və heyvanların müxtəlif xəstəliklərinə qarşı aparılan peyvəndləmə tədbirləri ilə yaxından tanış olub və fərdi təsərrüfat sahibləri ilə görüşlər keçirib. Səfər çərçivəsində keçirilən görüşlərdə B.Rzayev heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərinin keyfiyyəti, ölkənin epizootik sabitliyinin qorunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. Bildirib ki, bölgələrə səfərin əsas məqsədlərindən biri də baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq, dövlət tərəfindən heyvanlar üçün verilən peyvənd vasitələrinin "soyuq zəncir" prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada tətbiqinə nəzarət etmək, eləcə də yerlərdə çalışan baytarlıq mütəxəssislərinin iş şəraiti, təminatı və təhsil səviyyələri ilə yaxından tanış olmaqdır. B.Rzayev təsərrüfat sahiblərinin müraciətlərini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31