Bölgələrdə vətəndaşlara səyyar formada xidmət
2 İyul 2018 13:28 SosialSəyyar ASAN xidmət 3 iyul Qaxda, 3 iyul Daşkəsən və Tərtərdə, 7 iyul Lerikdə, 4 iyul Hökməli qəsəbəsində, 26 iyul Kürdəmir və Lənkəranda, 2 - 31 iyul Şəki və Qusarda, 4 - 18 iyul Pirallahıda, 6 - 30 iyul Şamaxıda, 7 - 31 iyul Gədəbəy və Yevlaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Olaylar.az bildirir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır